İŞİD komandiri öldürüldü
14 Yanvar 2016 16:00 Dünyaİraqın Müdafiə Nazirliyi İŞİD komandirinin ölümü barədə məlumat yayıb. AzNews.az RİA Novosti-yə istinadən xəbər verir ki, İraq Müdafiə Nazirliyi İŞİD-in kamikadzeləri hazırlayan komandiri Məhəmməd əl-Rauinin öldüyünü elan edib. "Daxili İşlər Nazirliyinin kəşfiyyat qrupu terrorçu Məhəmməd Əbd Manaf əl-Rauinin Abu-Kamal şəhərində öldüyünü elan edir. Terrorçu yanvarın 7-də həyata keçirilən əməliyyat zamanı aldığı yaradan ölüb. Kəşfiyyat qrupu ölən terrorçunun Bağdadda kamikadzelərin hazırlanmasına cavabdeh olduğunu təsdiqləyib. Həmçinin o, partlayıcı qurğu quraşdırılmış maşınların Bağdad və Ramadi şəhərlərinə göndərilməsinə rəhbərlik edib", - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, Əl-Raui beynəlxalq axtarışda olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00