Məhkumlara söyüş söymək qadağan edilib
14 Yanvar 2016 14:43 DünyaRusiya Ədliyyə Nazirliyi ölkədəki müvəqqəti saxlanma təcridxanaları üçün yeni daxili nizamnamə hazırlayıb. Modern.az Rusiya KİV-nə istinadən məlumat verir ki, yeni dəyişiklik təcridxanada saxlanılan şəxslərin nitqlərinə də müdaxilə edir. "İstintaq təcridxanalarında saxlanılanlara digər şəxslərlə dialoq zamanı ədəbsiz sözlərdən, təhqirlərdən və həbsxana jarqonundan istifadə etmək qadağan olunur". Bundan başqa, nazirlik təcridxanalarda quraşdırılan kameraların çəkilişinə mane olmağı, həkimin icazəsi olmadan dərman qəbul etməyi də qadağan edir. Paralel olatraq, məhkumların elektrik çaydanı, dezodorant və üzqırxmaq üçün gel saxlamalarına icazə verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00