Rusiyanın federal büdcə kəsiri 2 trilyon rubla çatıb

2015-ci ilin yekununa əsasən, Rusiya dövlət büdcəsinin kəsiri 2 trilyon rubl təşkil edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Qaydar Forumunda çıxış edən Rusiya Federasiyası Hesablama Palatasının sədri Tatyana Qolikova deyib. "Operativ məlumatlara əsasən, 2015-ci ildə federal büdcə kəsiri 2 trilyon rubl təşkil edib. Büdcənin xərcləri 15,6 trilyon rubl, gəlirləri isə 13,6 trilyon rubl olub", - deyə T. Qolikova bildirib. Sədr onu da xatırladıb ki, 2015-ci ilin sonuna Rusiyanın büdcə kəsiri ÜMD-in 2,6%-nə bərabərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00