Ərdoğanın devrilməsi üçün "pul buraxırlar" - İDDİA

Bir Körfəz ölkəsi İran və Rusiyanın dəstəyi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın devrilməsi layihəsini maliyyələşdirir. Axar.az bildirir ki, bu sensasiyalı sözləri Küveytin məşhur analitiki Abdullah Nəfisi deyib. Lakin o, sözügedən ölkənin adını açıqlamayıb. Analitiklər isə bu ölkənin Birləşmiş Ərəb Əmirlikləri olduğunu düşünürlər. BƏƏ Türkiyənin Rusiyaya məxsus Su-24 bombardmançısını vurmasından sonra Ankaranın bu hərəkətini qınamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00