İndoneziyada silsilə terror aktı: 6 ölü, BMT əməkdaşı yaralandı

İndoneziyanın paytaxtında silsilə partlayışlar baş verib. Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, partlayışların dəqiq sayını müəyyən etmək, hələ ki, mümkün olmayıb. İndoneziya polisi partlayışa bombanın səbəb olduğunu bildirib və növbəti partlayışların ola biləcəyini istisna etməyib. Partlayışların ardınca şəhərdə atışma səsləri eşidilib, atışmada 14 nəfərin iştirak etdiyi, yeddi nəfərin isə öldüyü bildirilir. Partlayışlardan biri Cakartada BMT binasında baş verib. Şahidlərin sözlərinə görə, partlayıcı qurğu Starbucks kafesi yaxınlığında işə salınıb. BMT əməkdaşlarından biri yaralanıb. Polisin məlumatına görə, silahlı hücumu İŞİD təşkil edə bilər. İndoneziya prezidenti isə partlayışları terror aktı adlandırıb. Dövlət başçısı terrorla bağlı Yava adalarına səfərini təxirə salaraq təcili toplantı keçirib.

***

Milli.Az xəbər verir ki, partlayışlardan 3-ü Türkiyə və Pakistan səfirlikləri yaxınlığında baş verib. Açıqlamaya görə, ölənlərin sayı artaraq 6 nəfər olub.

***

Milli.Az "BBC" yə istinadən xəbər verir ki, İndoneziyanın paytaxtı Cakartada partlayış olub. Partlayış ən azı 6 ərazidə baş verib.

Hadisənin kamikadzelər tərəfindən törədildiyi ehtimal olunur. Verilən məlumata görə, ən azı 1 polis, 3 sıravı vətəndaş olmaqla 4 nəfər həyatını itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00