“ABŞ OPEC-ə imkan verməyəcək ki,...”

Məhəmməd Əsəsdullazadə: “Bir daha əvvəlki səhvini təkrarlayıb neftin qiymətini qaldırsın”

Neft qiymətlərinin dünyada yenidən qalxması baş verməyəcək. Belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə "OLAYLAR"-a bildirib ki, bunun başlıca səbəbi neftin qiymətini minimuma endirməklə Rusiyanı məhvə sürükləməkdir: "Çünki məhz, Rusiya neft milyayardlarının hesabına öz hərbi qütrətini artıraraq Gürcüstana, Ukraynaya müdaxilə edib onların ərazilərin qəsb, Krımı anneksiya edib. Bununla da region və Avropanın təhlükəsizlik çəmbərinə qarşı təhlükə yaratdıb". Politoloq deyib ki, Rusiyanın artan hegemon siyasəti Suriyada da özünü biruzə verməyə imkan verdi: "ABŞ və Avropanın yaxın Şərqdə sitasətinə açıq meydan oxumağa qalxdı. Rusiyanın bir daha əvvəlki siyasətinə qayıtmağa maliyyə resursları imkan verməyəcək2. Politoloq onu da bildirib ki, İran neftini dünya bazarına çıxartmasına icazə verən Qərb, neftin yenidən ucuzlaşacağı anonsunu verdi: "ABŞ-ın öz neft ixracını bərpa etməsi dünyada neft maqnatizminin sonunu gətirdi. Ərəb ölkələri və digər neft ixrac edən ölkələr bundan sonra öz siyasətlərində ciddi dönüş etməyə məcburdurlar. ABŞ OPEC-ə imkan verməyəcək ki, bir daha əvvəlki səhvini təkrarlayıb neftin qiymətini əvvəlik illərə qaldırsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00