İstanbuldakı terrorçu-intiharçının anası erməni əsilli suriyalıdır
14 Yanvar 2016 11:34 Dünyaİstanbulda terror aktı törətmiş terrorçu-intiharçı Nabil Fadlının anası erməni əsilli suriyalıdır. Bu barədə Trend "Habertürk" qəzetinə istinadən məlumat verir. Məlumata görə, N.Fadlı bu il yanvarın 5-də qaçqın adı altında Suriyadan Türkiyəyə gəlib.
Qeyd edək ki, yanvarın 12-də İstanbulun Sultan Əhməd meydanında törədilmiş partlayış nəticəsində Almaniya vətəndaşları olan 10 nəfər həlak olmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00