
T.Karel amerikalı sevgilisi ilə
Tolqa Karel amerikalı sevgilisi ilə 6 aydır birlikdədir. O, evlilik təklifini Yeni il gecəsində səsləndirib. "Toyu Dominikanda edəcəyik. Bu yerin "Survivor"dan sonra məndə ayrı yeri var".
T.Karel azərbaycanlı model Günay Musayeva ilə evli olub. Onların Cahangir Can adında bir oğlu var. Cütlük ötən il rəsmi surətdə boşanıb.
G.Musayeva və T.Karel bir neçə il öncə sürpriz bir şəkildə evlənmişdi. Onlar dəfələrlə boşanma məsələsi ilə gündəmə gəliblər. Lakin hər dəfə birlikdə ictimaiyyət arasında görünməklə bu şayiələri təkzib ediblər. Ötən il isə onlar rəsmən ayrıldıqlarını elan ediblər. Cütlüyün ayrılmasına səbəb kimi də T.Karelin xəyanəti göstərilir.

Aktyor keçmiş həyat yoldaşı Günay Musayeva və oğlu ilə