Göyərtəsində narkotik maddə olan təyyarə qəzaya uğrayıb

Nikaraquanın Tonala bölgəsində  göyərtəsində 90 kiloqrama yaxın kokain olan yüngül motorlu təyyarə qəzaya uğrayıb.APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.Təyyarənin Kosta-Rikanın San-Xose şəhərindən havaya qalxdığı bəlli olub. Hadisə yerində çəkisi 90 kiloqrama yaxın 83 paket kokain aşkarlanıb.İlkin məlumata əsasən, təyyarədə olan 2 nəfər hadisə yerindən qaçıblar. Hazırda onların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00