Türkiyənin bütün vilayətlərində təhlükəsizlik tədbirləri artırılacaq

Türkiyənin 81 vilayətinin rəhbərliyinə təhlükəsizlik tədbirlərinin artırılmasına dair xəbərdarlıq edilib."Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyində hazırlanan xəbərdarlıq məktubunda qeyd olunur ki, 2015-ci ilin ikinci yarısında Türkiyə ərazisində terror aktlarının sayı sürətlə artıb."Terrorçular fəaliyyətlərini əsasən ölkənin cənub-şərqində cəmləşdiriblər. Lakin İstanbulda törədilən son partlayış onu deməyə əsas verir ki, artıq cinayətkarlar partlayıcı qurğulardan istifadə edərək istənilən yerdə qanlı hadisə törədə bilər", - deyə məktubda vurğulanıb.Bildirilir ki, polis əməkdaşlarını yanıldmaq üçün terrorçular müxtəlif üsullara əl atırlar.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00