Ştaynmayer: “Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edəcək”
14 Yanvar 2016 07:16 DünyaAlmaniyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) sədrliyi çətin dövrə təsadüf edir.APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayerin ATƏT-də sədrliyin Serbiyadan Almaniyaya keçməsi ilə bağlı yaydığı bəyanatında deyilir."ATƏT dialoq və qarşılıqlı etimad üçün mühüm platforma olmalıdır", - deyə Almaniya XİN rəhbəri vurğulayıb.Onun sözlərinə görə, Almaniyanın sədrliyi dövründə, ilk növbədə, Ukraynadakı vəziyyət diqqət mərkəzində olacaq: "Həmçinin biz Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin həllində iştirak edəcək, ATƏT-in yerlərdəki missiyalarının fəaliyyətini aktivləşdirəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00