Məktəblilər qar uçqununa düşdü: ölən və xəsarət alanlar var

Fransanın cənub-şərq bölgəsindəki İzer departamentində bir qrup məktəbli qar uçqununa düşüb.

APA-nın verdiyi məlumata görə, hadisə nəticəsində 1 məktəbli ölüb, daha 3-ü xəsarət alıb.

Huşsuz halda tapılan məktəblilər xəstəxanaya çatdırıblar. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Təbii fəlakət nəticəsində qarın altında qalan digər məktəblilərin axtarışı davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00