Əhməd Davudoğlu: “İstanbulda baş vermiş terror aktı ilə əlaqədar daha 4 nəfər saxlanılıb”
13 Yanvar 2016 22:12 Dünyaİstanbulda baş vermiş terror aktı ilə əlaqədar daha 4 nəfər saxlanılıb.APA-nın CNN Turk-ə istinadən verdiyi məlumata görə, bunu Türkiənin baş naziri Əhməd Davudoğlu bəyan edib."İstanbulda baş vermiş terror aktının araşdırılması çərçivəsində daha 4 nəfər saxlanılıb", deyə Ə.Davudoğlu bildirib.Onun sözlərinə görə, hazırda hadisə nəticəsində zərər çəkmiş 6 nəfər hələ də xəstəxanadadır.Xatırladaq ki, yanvarın 12-də İstanbulda törədilmiş partlayış nəticəsində 10 nəfər ölüb, 17 nəfər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00