Sultanəhməd meydanındakı terrorla əlaqədar 1 nəfər saxlanılıb
13 Yanvar 2016 16:28 DünyaYanvarın 12-də İstanbulun Sultanəhməd meydanında baş verən terror aktı ilə bağlı 1 nəfər saxlanılıb. APA-nın "Hürriyət"ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Əfqan Ala almaniyalı həmkarı Tomas de Mayzire ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib. O, hadisədən bir həftə əvvəl İŞİD üzvü olduğu ehtimal edilən 220 nəfərin saxlanıldığını bildirib. Nazir xatırladıb ki, hadisə zamanı 10 nəfər ölüb. 11 nəfər isə xəstəxanadadır: "İlk mərhələdə yaralıların sayı 17 idi. Onlardan 6-sı evə buraxılıb. 11 nəfərdən 9-u Almaniya, biri Norveç və biri də Peru vətəndaşıdır. Almanlardan ikisinin vəziyyəti hələ ciddi olaraq qalır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00