Leonardo DiKaprio "Ən yaxşı aktyor"u olmaq istəyir

"Sağ qalmış" filmindəki roluna görə bu günlərdə Los-Ancelesdə keçirilən 73-cü "Qızıl qlobus" mükafatının "Ən yaxşı dramatik aktyor" nominasiyasına layiq görülən Leonardo DiKaprio "Rolling Stone" jurnalının yanvar buraxılışının qonağı olub. Gün.Az xarici mətbuata istinadən xəbər verir ki, 41 yaşlı aktyor eyni zamanda karyerası və şəxsi həyatı barədə sualları cavablandırıb. O, Hollivudda keçən uşaqlığından, atası, rəssam Corc DiKaprio haqda da danışıb. DiKaprionun hazırkı əsas hədəfi gələn ay keçiriləcək "Oskar" mükafatlandırma mərasimində "Ən yaxşı aktyor" nominasiyasını qazanmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00