Avropa İttifaqı Belarus hökumətini ölüm hökmünə moratorium tətbiq etməyə çağırıb
13 Yanvar 2016 16:09 DünyaAvropa İttifaqı yenidən Belarus hökumətini ölüm hökmünə moratorium tətbiq etməyə çağırıb. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının xarici siyasət idarəsinin məlumatında deyilir: "Biz Avropada ən yüksək cəzası tətbiq edən yeganə dövlət olan Belarusu ölüm hökmünə qarşı ümumi moratoriuma qoşulmağa çağırırıq". Belarus Baş Prokurorluğunun ötən ilə olan məlumatında son 6 il yarım ərzində 11 ölüm hökmünün tətbiq olunduğu, bu cəza növündən imtina üçün hər hansı səbəb olmadığı qeyd edilib. "Ölüm hökmü müstəsna hallarda, o cümlədən, qətl törədildikdə tətbiq edilir", -.deyə prokurorluğun məlumatında bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00