PKK-nın gizli koordinasiya qrupu ifşa olundu

Qəndil dağında yerləşən qərargahın əmri ilə Kobanidən göndərilən və Diyarbəkir vilayətinin Sur mahalında PKK-nın hərəkətlərini koordinasiya edən terrorçularla əlaqədar məlumatlar ortaya çıxıb.  Publika.az bildirir ki, koordinasiya qrupu 4 nəfərdən ibarətdir. Təhlükəsizlik gücləri qrupun liderini, snayperi və iki bomba mütəxəssisini hər yerdə axtarır. Kəşfiyyat qurumları PKK-çıları idarə edən 4 terrorçunun şəxsiyyətini müəyyənləşdirərək fotoşəkillərini dərc edib. Onlar PKK-nın "Əli" kod adlı Sur mahalı üzrə lideri, "Ovçu Roza" kod adlı Kobanidən gələn snayperi, "Dəniz" və "Hebun" kod adlı bomba mütəxəssisləridir. Terrorçular PKK-nın döyüşçülərinə təlim keçir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00