Rusiya maliyyə naziri: “1998-ci ildəki vəziyyət təkrarlana bilər”
13 Yanvar 2016 15:55 DünyaRusiyanın maliyyə naziri Anton Siluanov 1998-ci ildə baş verən böhranın təkrarlana biləcəyi barədə xəbərdarlıq edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Qaydar Forumunda çıxış edən nazir büdcədəki vəziyyətin nəzarətdən çıxacağı təqdirdə, onun mənfi nəticələrinin mümkünlüyü barədə danışıb: "Bizim hazırda vəzifəmiz büdcəni yeni reallıqlara uyğunlaşdırmaqdır. Əgər biz bunu etməsək, 98-99-cu illərdə olanlar baş verəcək. Sonra hökumətə daha sərt ssenari ilə plan qurmaq lazım gələcək. İqtisadi islahatlar həyata keçirmək üçün praktiki olaraq vaxt yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00