Bred Pitt necə cavanlaşdı?
13 Yanvar 2016 18:30 DünyaHollivud aktyoru Bred Pitt yeni görünüşü ilə hər kəsi heyrətləndirib. Publika.az xəbər verir ki, 52 yaşlı aktyor yaşından qat-qat cavan görünməsi ilə təəccüb doğurub. Belə ki, o, "Qızıl Qlobus" mükafatlandırma mərasiminə 25 il əvvəlki imici ilə qatılıb - ciddi görkəm, üzü hamar təraş və fərqli saç stilində...
Qərb mətbuatı aktyorun cavanlaşması haqda müxtəlif mülahizələr irəli sürüb. Bəziləri Pittin "gözəllik iynəsi" olan botoks vasitəsilə gəncləşdiyini, digərləri isə onun bir müddət öncə Vyetnama səfər etdiyini xatırladaraq orada "gənclik iksiri" əldə etdiyini iddia edib.
Aktyor isə barəsində yazılanları sükutla qarşılayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00