Rusiya vətəndaşlarının İŞİD üzvü olması səbəbindən Türkiyədə saxlanıldığını təsdiq edib
13 Yanvar 2016 14:01 DünyaRusiya tərəfi vətəndaşlarının İŞİD-lə əlaqəli olduqları üçün Türkiyənin Antalya şəhərində saxlanıldığını təsdiq edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "RİA Novosti"də yer alan xəbərdə Rusiyanın Antalyadakı konsulluğu 3 Rusiya vətəndaşının İŞİD terror təşkilatı ilə əlaqəli olması üzündən saxlanıldığı barədə məlumatı təsdiqləyib. Baş konsul Aleksandr Tolstapyatenko Rusiya vətəndaşlarının saxlanılma səbəblərinin dəqiqləşdirildiyini söyləyib.
Qeyd edək ki, üç Rusiya vətəndaşı İstanbulda Sultanəhməd meydanında baş vermiş terror aktı ilə əlaqədar saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00