Türkiyənin zəiflətmək istəyən qüvvələr istəklərinə nail ola bilməyəcəklər

"Təəssüf edirəm ki, XXI əsrdə belə dəhşətli olaylar baş verir. Qardaş Türkiyənin terror yolu ilə zəiflətmək istəyən qüvvələr heç bir istəklərinə nail ola bilməyəcəklər". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Adil Əliyev səsləndirib. O, bildirib ki, terrorun nə milləti, nə də vətəni olur: "Türkiyə böyük dövlətdir və onun güclənməsi, böyüməsini istəməyən qüvvəllər çoxdur. Bunun üçün bu çür dəhşətli hadisələrlə Türkiyədə vəziyyəti qarışdırmağa çalışırlar. Qardaş Türkiyəmizin yanındayıq. Terror hadisəsi zamanı həlak olan qardaş və bacılarımıza Allahdan rəhmət diləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00