Moskvaya güclü qar yağıb, yollarda böyük tıxaclar yaranıb
13 Yanvar 2016 12:39 DünyaRusiya paytaxtına güclü qar yağıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yanvarın 12-dən etibarən intensiv yağmağa başlayan qarın hündürlüyü 25 santimetrə çatıb. Hidrometeoroloqlar gün ərzində Moskvaya yarım aylıq norma qar yağdığını bildiriblər. Güclü qar yanvarın 13-dən paytaxt yollarında uzunluğu on kilometrlərlə ölçülən tıxacların yaranmasına səbəb olub. Paytaxtda hazırda havanın temperaturu -1-3 dərəcə təşkil edir. Axşama doğru -5-6, gecə saatlarında isə -7-11 dərəcə şaxta olacağı gözlənilir. Moskvada avtomobil yolları 24 saat ərzində müntəzəm olaraq qardan təmizlənir. Bu işə 15 min texnika və 39 min nəfər canlı qüvvə cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00