Türkiyədə terrorçuluqda şübhəli bilinən 3 Rusiya vətəndaşı saxlanıldı
13 Yanvar 2016 12:12 DünyaTürkiyənin Antalya şəhərində keçirilən antiterror əməliyyatı zamanı Rusiyanın 3 vətəndaşı terrorçu İŞİD qruplaşması ilə əlaqədə şübhəli bilinərək tutulub. Report Türkiyə KİV-inə istinadən xəbər verir ki, yanvarın 12-də İstanbulda törədilən terrordan sonra yerli təhlükəsizlik orqanları Antalyada antiterror əməliyyatı keçirib. İŞİD-lə əlaqədə şübhəli bilinən 3 nəfərin qaldığı yerdə xüsusi təyinatlı polis dəstəsinin axtarışı nəticəsində bu qruplaşmaya aid sənəd və "CD" aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00