Pakistanda müalicə mərkəzi partladıldı, 15 nəfər öldü
13 Yanvar 2016 10:08 DünyaPakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində baş verən partlayış nəticəsində azı 15 nəfər həlak olub. Report bildirir ki, bu haqda yerli "Samaa TV" telekanalı məlumat yayıb.Məlumata görə, partlayış Poliomielitdən Müalicə Mərkəzinin yaxınlığında, əhali vaksinasiya olunan zaman baş verib.Ölənlərin 12-si polis əməkdaşıdır. Azı 10 nəfər yaralanıb. Xəsarət alanlar arasında mərkəzin əməkdaşları da var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00