İstanbulda yağan güclü yağış evləri su altında qoydu
13 Yanvar 2016 10:02 DünyaDünən axşam saatlarından yağan güclü yağış İstanbulda bəzi birmərtəbəli evlərin və iş yerlərinin su altında qalması ilə nəticələnib. Bu barədə Trend Türkiyə KİV-lərinə istinadən məlumat verir.Yağış bəzi tunellərdə nəqliyyat problemi yaradıb. Bəzi körpülərin altında və tunellərdə suyun səviyyəsi bir metrə çatıb.Hazırda yağışın törətdiyi fəsadların aradan qaldırılması üçün işlər aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00