İranın döyüş təyyarəsi qəzaya uğradı: ölənlər var
13 Yanvar 2016 05:11 Dünyaİranın Hərbi Hava Qüvvələrinin təyyarəsi qəzaya uğrayıb.
ANS PRESS-in məlumatına görə, təlim təyyarəsi ölkənin cənub-şərqində Çabahar şəhərində qəzaya düşüb. Pilot və onun köməkçisi ölüb. Bu barədə Tasnim agentliyi məlumat yayıb.
Qəzanın baş vermə şəraiti və səbəbləri araşdırdırılır.
Sistan və Bəlucistan vilayətinin təhlükəsilik məsələri ilə müavini Əli Əsgər Mirşekari hadisəni təsdiqləyib.
Bir neçə gün əvvəl İsveçin "West Atlantic" şirkətinin poçt təyyarəsi Norveç ilə sərhəddə qəzaya uğrayıb. Təyyarə Oslodan Tromsoya uçurmuş. "Bombardier CRJ200" təyyarəsi yanvarın 8-də yerli vaxtla axşam saat birdə radardan itib. Bu zaman təyyarə Norveçin təxminən 120 kilometr şimalında Bude şəhərində olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00