"Hizbullah" suriyalı qaçqınların ərzaqını oğurlayır

Türkiyənin Livanda olan suriyalı qaçqınlara göndərdiyi humanitar yardım paketlərinin "Hizbullah" təşkilatı tərəfindən oğurlandığı iddia olunur. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, oğurlanan ərzaq paketlərinin üzərindəki Türkiyə "Qırmızı Aypara" cəmiyyətinə aid etiketlərin qoparılaraq yerinə İran "Qırmızı Aypara" cəmiyyətinin loqosunun yapışdırıldığı bildirilir.

Sosial şəbəkələrdə bu iddiaları əks etdirən fotolar da yayılıb. "Hizbullah" təşkilatının suriyalı qaçqınlar üzərində, "Sizə sadəcə İran yardım edir." fikri formalaşdırmağa çalışdığı qeyd edib.

Ötən həftə Suriya ilə Livan sərhəddindəki Mədaya qaçqın düşərgəsində məskumnlaşan suriyalı qaçqınların aclıqdan ölmə təhlükəsi ilə qarşı-qarşıya qaldıqları, it-pişik əti yedikləri xəb ərləri yayılmışdı. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00