Məqsəd Türkiyənin təhlükəlı ölkə imicini yaratmaqdır

İstanbulda baş verən terror aksiyasında əsasən turistlərin hədəf alınması Türkiyənin qeyri-sabit, təhlükəli bir ölkə imicini yaratmaqdır. Bu fikirləri "OLAYLAR"-a Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin sədri Göksəl Gülbəy səsləndirib. O, bildirib ki, terror aksiyasının həyata keçirildiyi ərazi xarici turistlərin daha çox üz tutduğu yerlərdən biridir: "Bununla xarici turistlərin Türkiyəyə olan marağını azaltmağa, nəticə etibarilə turizmdən gələn gəlirlərin azalması ilə Türkiyə iqtisadiyyatına zərbə vurmağa çalışırlar". Göksəl Gülbəy deyib ki, digər bir məqsəd xarici investorların Türkiyəyə sərmayə qoymasını əngəlləməkdir.
Qeyd edək ki, yanvarın 12-də İstanbul valiliyi Sultanahmet meydanında baş vermiş terror aktında onlarla xarici turist həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00