Hərbi təyyarə qəzaya uğradı: 2 pilot öldü
12 Yanvar 2016 17:17 Dünyaİran hərbi hava qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə cənub-şərqindəki Çaxbexar şəhərində təlim uçuşu zamanı baş verib. "Hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilot və köməkçisi həlak olub", - deyə İranın Sistan və Bəlucistan vilayətinin valisinin müavini Əli Əsgər Mirşəkari deyib. Hazırda faktla bağlı araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00