Baş nazirin müavini: “İstanbulda partlayışda ölənlərin əksəriyyəti əcnəbi turistdir”

Türkiyənin İstanbul şəhərində törədilən partlayışda ölənlərin əksəriyyəti əcnəbi turistdir. APA-nın xəbərinə görə, bunu Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş deyib. Onun sözlərinə görə, xəsarət alanların 9-u Almaniya, 1-i Norveç, 1-i isə Peru vətəndaşıdır. Xəsarət alanların 2 nəfərinin vəziyyəti ağırdır: "Partlayışın hədəfində əcnəbilərdən ibarət turist qrupu olub". Hökumət sözçüsü hadisəni törədən şəxsin Suriya əsilli və 1988-ci il təvəllüdlü olduğunu vurğulayıb. O, partlayışı törədən terrorçunun cəsədinin qalıqlarının hadisə yerindən tapıldığını deyib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 10.20-də İstanbuldakı Sultanəhməd meydanında terror aktı törədilib. Nəticədə 10 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Prezident Rəcəb Tayyib Ərdoğan partlayışı suriyalı kamikadzenin törətdiyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00