84 yaşlı milyarder nişanlandı
12 Yanvar 2016 19:55 DünyaDünyanın ən məşhur media maqnatlarından olan Rupert Merdok nişanlanıb. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 84 yaşlı milyarder 59 yaşlı keçmiş model Cerri Holla evlənməyə hazırlaşır. Dünyanın ən məşhur qəzetləri "The Times", "The Wall Street Journal", "The Sun" və "New York Post"un, "Fox News" televiziya kanalının və nüfuzlu "Dow Jones" agentliyinin rəhbəri olan Rupert qalmaqallı şəkildə üçüncü həyat yoldaşı Vendi Denqdən boşandıqdan sonra top-model Cerri Holla sevgili olub. C.Holl aktyor Mik Caqqerin keçmiş sevgilisidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00