Reuters: Sultanəhməd Meydanındakı partlayışın İŞİD tərəfindən törədildiyi ehtimal edilir

İstanbulun Sultanəhməd Meydanında partlayışın arxasında İŞİD terror qruplaşması dura bilər. APA-nın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə təhlükəsizlik orqanlarındakı mənbə bildirib.

Qeyd edək ki, bu gün Sultanəhməd Meydanında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00