Əfqanıstanda 22 İŞİD və "Taliban" terrorçusu öldürüldü
12 Yanvar 2016 15:29 DünyaƏfqanıstan Hərbi Hava Qüvvələrinə aid helikopterlər terrorçu İŞİD qruplaşması və "Taliban" hərəkatının mövqelərini bombalayıb. Report "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu haqda Əfqanıstanın Müdafiə Nazirliyi məlumat yayıb. Bombalama nəticəsində 22 silahlı öldürülüb. Məlumata görə, ölkənin şərqində yerləşən Nanqarhar əyalətinin Açin rayonunda İŞİD-in mövqelərinin bombalanması nəticəsində 18 silahlı, Əfqanıstanın cənubunda, Gilmend əyalətinin Gereşek rayonunda ordunun keçirdiyi reyddə isə 4 "taliban"çı zərərsizləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00