AİŞ-in layihələrinə 450 milyon dollar xarici investisiya cəlb olunub
12 Yanvar 2016 13:36 DünyaAzərbaycan İnvestisiya Şirkəti (AİŞ) indiyədək tikinti materiallarının istehsalı, gəmiqayırma, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, logistika və s. sahələr üzrə ümumi dəyəri 1,1 milyard dollardan artıq olan layihələrdə iştirak edib. İqtisadiyyat və Sənaye Nazirliyinin Mətbuat xidmətinədn Trend-ə verilən məlumata görə, bu layihələrə 450 milyon dollar birbaşa xarici investisiya cəlb olunub. Layihələr çərçivəsində İsveçrə, Almaniya, Sinqapur, Türkiyə və digər ölkələrin qabaqcıl texnologiya və təcrübəsi tətbiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00