Qondarma Abxaziya rejimindən gülünc addım
Türkiyəyə sanksiyalar tətbiq ediləcək
12 Yanvar 2016 13:33 DünyaRusiya İşağalı altında olan qondarma Abxaziya Respublikasının baş naziri Artur Mikvaba Türkiyəyə qarşı sanksiyalar tətəb edəcəklərini bəyan edib. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, baş nazir iqtisadiyyat və kənd təsərufatı nazirlərinə sanksiyalar ilə əlaqədər proqram qovluğu hazırlamaq təlimatı verib. Qeyd edək ki, hazırda Türkiyənin işğal edilmiş Abxaziya ilə heç bir siyasi və iqtisadi əlaqələri mövcud deyil. Bura indiyə qədər Türk sənaye malları Rusiya üzərindən gətirilirdi. Hazırda bu bölgədə Sovetlərlə müqayisədə 10 dəfədən də az insan yaşayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00