İstanbulda partlayış: ölənlər və yaralananlar var
12 Yanvar 2016 13:14 Dünyaİstanbulun ən populyar ərazisi və turizm bölgəsi sayılan Sultanahmetdə partlayış olub. Virtualaz.org Türkiyə mediasına istinadən bildirir ki, partlayış nəticəsində ölən və yaralananlar var. Hadisə yerinə çoxsaylı polis və təhlükəsizlik qüvvələri gəlib. Şahidlərin bildirdiklərinə görə, partlayış turist qrupunun arasında canlı bomba tərəfindən həyata keçirilib. Partlayış Məscid meydanında, "Dikilitaş" deyilən abidənin yanında baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00