Aktyorun evinə oğru girdi: kompüterini oğurladılar
12 Yanvar 2016 19:38 DünyaAktyor Engin Günaydının evinə oğru girib. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun İzmir şəhərindəki evinə oğru girib. Oğru evdəki zinət əşyaları ilə birlikdə Enginin kompüterini də oğurlayıb. O, kompüteri satmaq istəyərkən tutulub. Aktyora bu barədə məlumatı polislər çatdırıblar. Aktyor kompüterdə şəxsi şəkillərin və yeni film ssenarisinin olduğunu bildirib.
Qeyd edək ki, aktyor axırıncı dəfə "Galip derviş" serialında çəkilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00