Ukraynalılar Bakıda rusları döydülər
12 Yanvar 2016 12:39 DünyaBakıda Ukrayna vətəndaşları ilə ruslar arasında dava düşüb. Qafqazinfo bildirir ki, hadisə Səbail rayonunda bir neçə gün öncə baş verib. Salyan şossesində yerləşən kafedə gecə saat 02 radələrində ailəvi istirahət edən qonşu ölkələrin vətəndaşları mübahisə ediblər. Nəticədə Ukrayna vətəndaşları, 1980-cı il təvəllüdlü Orban İvan İvanoviç, 1979-cu il təvəllüdlü Karijiy İvan İvanoviç, 1985-ci il təvəllüdlü Maritiç İvan İvanoviç dava zamanı rus əsilli, 1963-cü il təvəllüdlü Maqoçiy İqor İvanoviç və arvadı 1967-ci il təvəllüdlü Maqoçiy Mariya İvanoviçi döyüblər. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00