ABŞ-ın vitse-prezidenti Türkiyəyə səfərə hazırlaşır
12 Yanvar 2016 12:38 DünyaCozef Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşəcək ABŞ-ın vitse-prezidenti Cozef Bayden yanvarın 23-də Türkiyəyə səfər edəcək. Report bildirir ki, bu haqda xarici KİV məlumat yayıb. Məlumata görə, C.Bayden səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşəcək. Görüş zamanı terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə, İraqdakı Türkiyə əsgərlərinin fəaliyyəti və digər məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00