Türkiyədəki çeçenlərə qarşı sui-qəsdlər arta bilər - İDDİA

Rusiya və Türkiyə arasında davam edən "təyyarə böhranı" Türkiyədə yaşayan çeçen mücahidlərə qarşı sui-qəsdləri artıra bilər. Publika.azxəbər verir ki, bu barədə İngiltərənin "Guardian" nəşri yazıb. Nəşr İstanbulda yaşayan ceçen mücahidlərinə qarşı təşkil edilən sui-qəsdlərlə bağlı geniş bir yazı dərc edib. Yazı 2015-ci ilin noyabr ayında İstanbulun mərkəzində öldürülən Əbdülvahid Edelgireyevin hekayəsi ilə başlayır. "Əbdülvahid Edelgireyev Rusiya təhlükəsizlik güclərinə qarşı hücumlar təşkil etdiyi çeçen dağlarında illərlə həyatda qaldı. Suriya və Şərqi Ukraynadakı döyüşlərdən sağ çıxdı. Ancaq noyabr ayında İstanbulda üç yaşındakı qardaşı oğlu ilə evə dönərkən öldürüldü", - "Guardian" qeyd edib. Xəbərdə bildirilir ki, türk prokurorları çeçenlərə qarşı təşkil edilən cinayətlərə görə Rusiyadan şübhələnirlər. 2009-cu ildə təşkil edilən bir sui-qəsddə Rusiyanın xüsusi xidmət orqanları üçün hazırlanan "Groza" tipli silahdan istifadə edildiyi və bu silahın silah bazarında nadir hallarda olduğu bildirilir. Məlumata görə, Türkiyə hakimiyyəti 2011-ci ildə üç çeçeni öldürülməsi ilə bağlı cinayət işində iştirak edən 9 nəfərdən ikisinin rus agenti olmasından şübhələnir. Onların hər ikisinin saxta pasportları qoyaraq qaçdığı deyilir. "Guardian" bir vaxtlar çeçenlər üçün üç qaçqın düşərgəsi olan İstanbulda bir neçə min çeçenin yaşadığını bildirib. "İstanbul dinc vətəndaşlarla yanaşı çeçen döyüşçülər və ailələrinin də yaşadığı bir şəhər oldu. Mücahidlərin ailələri illərlə İstanbulda yaşadı, yaralı döyüşçülər də burada müalicə aldı", - nəşr yazıb. Qəzet İstanbuldakı çeçenlər arasında "Qafqaz Əmirliyi" (İmarat Qafqaz") ilə əlaqələri olanların sui-qəsd qorxusu ilə yaşadığını qeyd edib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00