"Qazprom"un xadiməsinin 4000 dollarlıq çantası oğurlandı
12 Yanvar 2016 11:46 Dünya"Qazprom"un xadiməsinin təxminən 4000 dollarlıq timsah dərisi işləməli çantası oğurlanıb. Qafqazinfo Rusiya KİV-ə istinadən xəbər verir ki, oğurluq 44 yaşlı xadimənin "Mitsubishi Outlander" avtomobilindən edilib. Xadimənin 4000 dollarlıq Dior çantası ilə yanaşı, bank kartları və sənədləri oğurlanıb. Hazırda oğruların tapılması istiqamətində axtarış başladılıb və qadına dəyən zərər müəyyənləşdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00