Din
II İlya Gürcüstan azərbaycanlılarına müraciət edib
“İlahiyyatçı” qəzeti nəşr olunub
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzeti nəşr olunub. “OLAYLAR” xəbər verir ki, mətbu orqanın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İlahiyyat İnstitutunun yaradılması haqqında Sərəncamı, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Aİİ-nin rektoru Ceyhun Məmmədovun “İlahiyyatçı” qəzeti haqqında yazıları yer alıb.
“Din araşdırmaları” jurnalı nəşr edilib
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elmi fəaliyyətinin əsas göstəricilərindən biri olan “Din araşdırmaları” jurnalı nəşr edilib.
Mübariz Qurbanlı yeni vəzifəyə seçildi
“Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib
Dekabrın 25–də Sumqayıtda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans öz işinə başlayıb. “OLAYLAR” xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi konfransda bu qurumların rəhbər şəxsləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, həmçinin ictimaiyyət fəalları iştirak ediblər. Sumqayıtdakı Heydər Əliyev Mərkəzində keçirilən regional konfransı şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov açıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin diqqət yetirdiyi sahələrdən biri də xalqımızın milli-mənəvi dəyərlərə qayıdışının sürətlənməsi, eyni zamanda, dini bayramların dövlət səviyyəsində qeyd olunması idi. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən natiq ölkəmizdə dövlət quruculuğu prosesləri və dövlət-din münasibətlərinin tənzimlənməsi, cəmiyyətdə ictimai-siyasi sabitliyin bərqərar olunması istiqamətində mühüm addımların atıldığını deyib.
İlahiyyat İnstitutunda növbəti təlim keçirilib
Bütün aləmlərə bütöv bir nursan
Yaradanların ən gözəli olan Allah müxtəlif dövrlərdə insanları doğru yola yönəltmək üçün Lövhi-məhfuzdan dünya səmasına ilahi, nurani, səmavi kitablar nazil etdi ( Musa peyğəmbərə enən “Tövrat”, İsa peyğəmbərə enən “İncil”, Davud peyğəmbərə enən “Zəbur”, Məhəmməd peyğəmbərə enən “Qurani-Kərim”). Bu haqda ”Əl-Bəqərə”surəsində buyrulduğu kimi:
Respublikamızda məzhəblər arasında həmrəylik mövcuddur
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Masallı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Bəşirov çıxış edərək bildirib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində bu sahədə qəbul edilən qanunların sonradan təkmilləşdirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
“Azərbaycanda sufilik” mövzusunda “dəyirmi masa” keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Azərbaycanda sufilik” mövzusunda “dəyirmi masa” keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, Aİİ rektoru C.Məmmədov tədbiri giriş sözü ilə açaraq ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına verilən xüsusi önəmdən, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən dövlət-din siyasətindən danışıb.
Aİİ-də müzakirələr aparılıb
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birlikdə 10 dekabr-Ümumdünya İnsan Hüquqları Günü münasibətilə konfrans keçirib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, tədbir “Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin Azərbaycan xalqına və onun maddi-mədəniyyət abidələrinə qarşı cinayət əməlləri” mövzusuna həsr olunub.
İlahiyyat İnstitutunun Tələbə Elmi Cəmiyyəti yaradılıb
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) yaradılmasına həsr edilmiş tədbir keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki. Aİİ rəhbərliyinin, müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə TEC-in məqsəd və gələcək perspektivləri müzakirə olunub.
Biz hara gedirik?
Cəmiyyətimizdə mövcud olan bəzi problemlər insanların da həyatına təsirsiz ötüşmür. Xüsusilə şou, əyləncə və s. bu kimi halların daha çox ictimailəşdirilməsi insanları gündəmin əsas mövzularından uzaqlaşdırıb, onları daha çox qeyd etdiyimiz mövzulara hakim kəsir.
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib
Dekabrın 6-da Qusar Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə keçirilən “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusundakı ikigünlük seminar-treninq öz işinə başlayıb. “OLAYLAR”-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, tədbirdə DQİDK və RİH-in rəhbər şəxsləri, eləcə də rayon məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.




.jpg)
.jpg)



.jpg)

.jpg)

.jpg)
