Dinimiz yardımlaşma və paylaşma dinidir - ÖZƏL

"Ramazan ayına xas savab əməllərdən biri də oruclu insanlar üçün iftar süfrələrinin təşkilidir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib. Bildirib ki, dinimizə görə oruclu insana iftar verən şəxs oruclu insan qədər savab qazanar: "Məhəmməd Peyğəmbər (s) bu barədə buyurub:  "Kim bir orucluya iftar verərsə (etdirərsə) oruclu qədər savab qazanar. Oruclunun savabından da heç nə əskilməz". İmkanlarımız daxilində Rəbbimizin bizə yaratdığı bu imkanlardan da bəhrələnək. İmkansız insanlar üçün iftar süfrələri təşkil edək. Bu bir su və xurma da ola bilər. Dinimiz yardımlaşma və paylaşma dinidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31