“Biz bütün kitablara və bütün peyğəmbərlərə sayqı ilə yanaşırıq” - ÖZƏL
23 Yanvar 2023 10:21 Din"Avropada xristian partiyası üzvləri Quranı yandırıblar. Siz heç müsəlmanın Tövratı, İncili, Zəburu nümayişkaranə formada yandırdığını görmüsünüzmü? Xeyr, görməzsiiz. Çünki biz bütün kitablara və bütün peyğəmbərlərə sayqı ilə yanaşırıq". Bunu "Olaylar"a deyən hüquqşünas Valid Səfərovun sözlərinə görə, əxlaq, təfəkkür və dini düşüncə fərqimiz bu qədərdir: "Biz zənci Löğman peyğəməri belə öz peyğəmbərimizdən ayırmırıq. Quranda Musa peyğəmbərin adı 136 dəfə, İsa peyğəmbərin adı - 23 dəfə İsa, 11 dəfə Məsih, 2 dəfə İbn Məryəm olmaqla 36 dəfə çəkilir. Məhəmməd (s.s.) peyğəmbərin adı isə cəmi 5 dəfə keçir. "Əl Əla" surəsində deyilir ki "Bu deyilənlər əvvəlki kitablarda yazılanlardır. İbrahimin və Musanın kitablarında". İndi məntiqlə Quranın yandırılması daha çox kimə pis təsir etməlidir?"