Ölümdən sonra həyat varmı?

İslam və elm bu barədə nə deyir?

İslam və elm bu barədə nə deyir?

Hər bir insanın kamillyi onun ruhuna və nəfsinə bağlıdır. İnsanda bədən yalnız cisimdir, yəni maddi varlıqdır. Cismin aradan getməsi ruhun aradan getməsi deyildir, çünki cisim maddi varlıq, ruh isə əbədi məfhumdur. Əgər ruhu və cismi maddi varlıq kimi düşünsək bu zaman hər iki mufhum ölüm zamanı aradan getmiş olar. Yəni, bu cür düşünən şəxsiyyət bədəninin aradan getməsi ilə ruhunun da ölməsinə inanacaq. Belə düşünən əqidə sahibləri ölümdən sonrakı həyat barəsində heç bir təsəvvürə malik ola bilməzlər. Ruh mücərrəd bir varlıqdır. Necəki arzuya, eşqə, sevgiyə, xəyala toxuna bilmirik, yalnız onu hiss etməyi bacarırıq, eləcə də ruha toxunmaq imkanımız yoxdur. Lakin onu hiss etmə bacarığımız vardır. Ruha və ölümdən sonrakı həyata (axirətə) inanmayanlar mücərrəd varlıqları qəbul etməyən şəxslərdir. Vəkil Rövşən Qasımov deyir ki, insanın sevgisi, arzusu, xəyalı, eşqi, nəfsi, kamilliyi yalnız onun ruhunda cəmlənib. Bunlar insan bədənində və cismində birləşsəydi o zaman onlara toxunma imkanımız mümkün olardı. Ən qədim zamandan bəri filosoflar ruh haqqında öz araşdırmalarını aparmışlar. Ancaq ən geniş araşdırmanı müsəlman alimləri aparmış bu mövzuya daha diqqətli və məqsədyönlü yanaşmışlar: "Ölümdən sonrakı həyat - din, fəlsəfə və mifologiyada insanın dünyadakı fiziki həyatını bitirdikdən sonra ruh və ya şüur halında davam etdiyinə inanılan həyatdır. O biri dünya və İslam mənşəli bir termin olan axirət anlayışları ölümdən sonrakı həyatın davam etdirilidiyinə inanılan məkanı təsvir etmək üçün istifadə edilir. Ölümdən sonrakı həyatla əlaqəli anlayışlar materialist olmayan spiritualist və dini inanclarla əlaqədardırlar. Bu inanclarda yer alan ölümdən sonra bir həyatın olduğuna bağlı fundament ruhun ölümsüzlüyü - əbədiliyi inancıdır. Bundan başqa, ölümdən sonrakı həyatın ruhun ölümsüzlüyünə bağlı olmayıb, yalnız ölmüş şəxslərin dirilmələri şəklində reallaşacağını müdafiə edən inanc da vardır. Ümumiyyətlə, dini inanclar insanın bədənində onu yaşadan bir ruh olduğu inancını qəbul edirlər. Bu mözvuda istisnalar olmaqla birlikdə, insandakı bu ruhun şüur daşıdığı və insanın şəxsiyyəti ilə əlaqəli hər şeyin bu ruhda olduğu qəbul edilir. Ruh şəxsin içindəki öz varlığını meydana gətirərək, düşünür, hiss edir, sevir, nifrət edir və qərar verir. Bu yolla ruh insanın öz şəxsiyyəti olur, bədən yalnızca ruha geydirilmiş bir paltara bənzəyir. İnsandakı bu ruhun ölümsüz olduğu və insan öləndə bədənindən ayrılaraq o biri aləm və ya axirət olaraq adlandırılan bir yerə getdiyi inancı qəbul edilir. Ölümdən sonrakı həyatla əlaqəli bir fundament dini inancların müqəddəs kitablarından bu istiqamətdə edilən rəydir. Ümumi mənada dini istiqamətdəki bu cür inanclara görə o biri dünya, ya da axirətə bağlı Bərzəx (Limbus), Cəhənnəm (Hell), Cənnət (Heaven-Paradise) kimi vəziyyətlərin yaşanması üçün ruhun bədənini tərk etmiş olması lazımdır. Bütün bunların ola bilməsi üçün ruhun insan bədənindən ayrılması bir məcburiyyətdir. Dini inanclara görə ölən şəxs bunları həm bədəni və həm də ruhuyla birlikdə yaşaya bilməz. Çünki ölmüş birinin bədəni hələ bu dünyada qalır və illər sonra belə bu şəxsin sümüklərinin olduğu məzarda uzun müddət çürümədən qaldığından bunları yalnız şəxsin ruhunun yaşayacağına inanılır".

Onun bildirdiyinə görə, son 10 ildə Sautgempton Universitetinin bir qrup alimləri ürəyi dayanmış xəstələr üzərində müxtəlif tədqiqatlar aparıb. Nyu-york Universitetinin müəllimi və Sautgempton Universitetinin araşdırmalarının təşəbbüskarlarından olan doktor Sem Parnia deyir: "Söhbət ölümdən gedəndə insanların çoxu düşünür ki, siz ya ölüsüz, ya da diri. Biz isə sübut etdik ki, ölümün özünəməxsus məqamı var. O, ürək dayanandan sonra bir neçə müddət davam edir. Yəni tədqiqatların nəticəsi göstərir ki, həqiqətən ölümdən sonra həyat var". Mütəxəssislər ürək dayanandan sonra da idrak fəallığını sübut edib. Bunun üçün alimlər Birləşmiş Avstriya Krallığı və ABŞ-ın 15 xəstəxanasında 2060 nəfər ürəyi dayanan xəstələri izləyib. 330 sağ qalmış xəstələrdən 140-ı o anda şüurda olduğunu bildirib. Bəziləri deyib ki, işiq görüb, bəziləri isə uçuş hissini yaşadıqlarını deyib. Digər xəstələr bildirib ki, ürək dayananda elə bil suyun altına girirlər. Mütəxəssisləri təəccübləndirən odur ki, xəstələrin klinik ölümdə olduğuna baxmayaraq, şüurda qalır. Doktor Parnia deyir: "Biz bilirik ki, beyin ürək dayanandan sonra işləyə bilməz. Lakin bu təhqiqat zamanı bizə məlum oldu ki, ürək dayanandan sonra xəstə 3 dəqiqə ərzində süurda qala bilir". Həmçinin doktor Parnia bildirir ki, ölüm ayağında olan hissləri milyonlarla insanlar yaşayıb, lakin bunun üçün elmi sübut tapmaq o qədər də asan iş deyil. Onun sözlərinə görə, bir çox insanlar bunu qarabasma hesab edir, amma hər şey olduqca real görünür. Parniya hesab edir ki, bu hissi çox adam yaşayıb, sadəcə, beyin zədələnməsi və ya dərmanların təsiri nəticəsində yaddaşın dəyişilməsi onları bu olayı xatırlamağa imkan vermir.

Bəs, İslam ölümdən sonrakı həyat barədə nə deyir? İnsan dünyasını dəyişdikdən sonra fasiləsiz olaraq axirət dünyasına qovuşur, yoxsa müəyyən mərhələ keçdikdən və qiyamət baş verdikdən sonra buna nail olur? Bu barədə nazil olmuş bir çox Quran ayələrindən, peyğəmbər və imamlardan nəql olunmuş mütəvatir hədislərdə dünya ilə qiyamət arasındakı aləmə (bərzəx aləminə) işarə olunub. Bildirilir ki, qiyamət günü təbiətdə bəzi dəyişikliklər baş verəcək. Hər şey dəyişiləcək və heç bir varlıq olduğu kimi qalmayacaq. Qiyamət günü dünyaya gəlmiş ilk və son varlıq bir yerə toplanacaq. Biz aləmin vahid nizam üzrə hərəkət etdiyini və hərəkəti öz axarı ilə davam etdiyinin şahidi oluruq. Bəlkə də bundan sonra da yer üzünə milyonlarla insan gələcək və bizlər kimi müəyyən müddət ərizində yaşayıb qiyamət günündən əvvəlki dünyalarını dəyişəcək. Quran ayələrindən belə məlum olur ki, insan dünyasını dəyişdikdən sonra qiyamət gününədək özünü boşluqda hiss etməyəcək. Heç də belə düşünmək olmaz ki, insan dünyasını dəyişdikdən sonra heç bir şey hiss etməyəcək. Bu bir həqiqətdir ki, dünyasını dəyişmiş hər bir şəxs başqa bir aləmdə saxlanılacaq və orada dünyada gördüyü işlərə müvafiq olaraq ilahi nemətlərlə mükafatlanacaq və ya əksinə, əzab və əziyyətə (kədər və qüssəyə) düçar olacaq. Bu mərhələ qiyamət gününədək davam edəcək. O gün yer və göylərdə olan bütün varlıqlar öz nizamından çıxacaq və bir an içində böyük dəyişikliklər baş verəcək. Bu mərhələ hamı üçün dünya ilə axirət arasında olan orta mərhələ hesab olunur.

Onun bildirdiyinə görə, Quran insanın bu dünyadan sonrakı həyatını iki mərhələyə bölür. Başqa sözlə, insan dünyasını dəyişdikdən sonra iki mərhələ qət etməli olacaq. Biri bu aləm kimi sonu olan "bərzəx" aləmi, digəri isə sonu olmayan "axirət" dünyasıdır."Bərzəx" iki şeyin arasındakı maneə və ya fasiləyə deyilir. Qurani-Kərim bu dünya ilə qiyamət gününədək olan fasiləni bərzəx adlandırmışdır. "Muminun" surəsinin 100-cü ayəsində deyilir: "Bəlkə (indiyə qədər) zay etdiyiniz ömrün müqabilində yaxşı bir iş görüm! (Yaxud bu günə qədər tərk etdiyim imanı qayıdıb saleh bir əməl edim!) Xeyr, bu, onun dediyi boş, faydasız bir sözdür. Onların önündə dirilib [haqq-hesab üçün Allah hüzurunda] duracaqları günə (Qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır".  "Biraz diqqətlə həyat tərzimizə fikir versək, görəcəyik ki, biz yalnız seçim və sınaq məkanındayıq. Hətta bir adam bir neçə insanı öldürə bilər, ancaq o adam yalnız bir dəfə cəzaya məruz qalar.Ya haqqında höküm çıxarılaraq məsuliyyətə cəlb olunar, ya da müəyyən ölkələrdə qalan ölüm cəzasına məhkum olar. Beləliklə, o, öz cəzasını yetəri qədər almış olmaz. Bu mənfi və müsbət fonların nəticəsində həyatın necə ədalətsiz olmasının bir daha şahidi oluruq. Deməli, yuxarıda qeyd etdiyimiz kimi bu həyat sınaq meydanıdır həmçinin ədalətsizdir. Allah isə Ədalətlidir. Buna görədə biz yalnız cisimdən və quru beyindən ibarət varlıq deyilik. Bizim ruhumuz və əbədiyyətimiz vardır. O əbədiyyət ölümdən sonra mövcud olan dünyadır. Məhs o dünya mükafat və cəza dünyasıdır. Beləliklə, bütün şəxslər anlamalıdır ki, ölumdən sonra həyat vardır. Bunu mən yox , Quran vasitəsi ilə Allah-Təala dəfələrlə israr edir".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31