Ermənistanın Aİ-yə inteqrasiyası Rusiya ilə əlaqələrin kəsilməsi deməkdir - Şoyqu
20:39 DünyaErmənistanın şaxələndirmə adı altında Avropa İttifaqına inteqrasiyası Avrasiya İqtisadi İttifaqı və Rusiya ilə əlaqələrin kəsilməsi deməkdir.
Olaylar xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
Şoyqu bildirib ki, Aİ ilə inteqrasiya, hətta şaxələndirmə adı altında belə, AİB və Rusiya ilə əlaqələrin kəsilməsi deməkdir.
"Bu cür addımlar Ermənistan iqtisadiyyatını dərin böhrana aparacaq. Açıq demək istəyirəm ki, biz Ermənistanın Aİ ilə əlaqələrinin genişləndirilməsini, Avropa standartlarına keçidin yumşaldılmasını və sonrakı iqtisadi böhrandan çıxışı maliyyələşdirməyəcəyik", - deyə Şoyqu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31