Kafedən oğurluq etməkdə şübhəli bilinənlər saxlanılıblar

Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Zərərçəkən polisə müraciət edərək ona məxsus kafedən 600 manatın talandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Qədirli və V.Nəsirov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31