"Dini radikalizmlə mübarizə ilə bağlı söhbətlər və seminarlar təşkil edilməlidir" - Münasibət
"Əsrlərdir xalqımız İslam dininin ayinlərini yerinə yetirir. İslam dininin inkişafına öz töhfəsini verir. İslam dini sülh və əminamanlıq dinidir. Təssüf ki, müəyyən mərkəzlərdən islamafobiyanın yaradılması, dinlə terroru eyniləşdirmək cəhdləri bu gün beynəlxalq vəziyyəti narahat edən məqamdı".
5 Sentyabr 2018 15:29 Din"Əsrlərdir xalqımız İslam dininin ayinlərini yerinə yetirir. İslam dininin inkişafına öz töhfəsini verir. İslam dini sülh və əminamanlıq dinidir. Təssüf ki, müəyyən mərkəzlərdən islamafobiyanın yaradılması, dinlə terroru eyniləşdirmək cəhdləri bu gün beynəlxalq vəziyyəti narahat edən məqamdı".
Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Azərbaycan xalqı əsrlərdir İslam dininin rituallarını yaşadır, peyğənməbərimiz Həzrəti Məhəmmədin sevimli nəvəsi Həzrəti Hüseynin Kərbəlada faciəli ölümünü Aşura günündə anır: "Bu anım mərasimi Azərbaycan xalqının həzrəti Hüseynə ehtiramıdır. Aşura milli birliyimizin simvolu halına gəlib. Azərbaycanda radikalizmlə mübarizə aparılır. Hesab edirəm ki, maarifləndirmə yolu ilə və Qafqaz Müsəlmanları idarəsinin xətti ilə məscidlərdə və digər yerlərdə dini radikalizmlə mübarizə ilə bağlı söhbətlər və seminarlar təşkil edilməlidir. Azərbaycan xalqı daima Aşuranı sülh şəraitində qeyd edib və heç bir kənar qüvvələrin bundan suistifadəsinə imkan verməyib".