Türkiyə hökuməti: Ermənistan məqsədyönlü şəkildə Azərbaycanın tarixi və mədəni dəyərlərini məhv edir

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində tarixi və mədəni dəyərləri məqsədyönlü şəkildə məhv edir.

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində tarixi və mədəni dəyərləri məqsədyönlü şəkildə məhv edir.

Olaylar.az xəbər verir ki, bunu Türkiyə hökumətindən bildiriblər.

Qeyd olunub ki, Ermənistan işğal olunmuş ərazilərdən azərbaycanlıların izlərini silmək məqsədi güdür:

"Ermənilərin Ağdam və Şuşada, eləcə də işğal olunmuş digər ərazilərdə nəinki məscidləri, həm də azərbaycanlıların qəbiristanlıqlarını məhv etməsi ilə bağlı yüzlərlə fakt var".

Hökumətdən onu da bildiriblər ki, Ermənistanın bu əməlləri tarixi dəyərlərə münasibətdə terrordan başqa bir şey deyil:

"Bundan başqa, ermənilərin işğal olunmuş ərazilərdən tarixi sərvəti çıxararaq Avropanın qara bazarlarında satması barədə də faktlar mövcuddur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31