Daxili siyasət

"Gələn ilin büdcəsində 50 faiz artım özünəməşğulluq tədbirlərinə yönəldilib”

27 Noyabr 2018 15:12

"Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcə gəlirləri 3 milyard 928 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu vəsaitin 97 faizi əhaliyə yönəldiləcək. Nəticədə ödəniləcək əmək pensiyalarının məcburi dövlət sığorta haqları hesabına sosial müavinətlərin məbləği artacaq". Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən bildirib.

Milli Məclisin komitə sədri vəkillərə vergi güzəştlərinin tətbiq edilməsini təklif edib

27 Noyabr 2018 14:49

“Azərbaycanda qəbul edilən qanunlarla vəkillik sistemində ciddi islahatlar başlanılıb. Vəkillər tərəfindən göstərilən hüquqi yardıma görə əldə olunan vəsaitlərdən xərclər çıxılmadan 7 faizi Dövlət Sosial Müdafiə Fonduna ayırmalar aparmaqla yanaşı, bu vəsaitlər gəlir vergisinə də cəlb olunur. Həmçinin dövlət hesabına göstərilən hüquqi yardıma görə müdafiəçiyə ödənilən hər 1 saat üçün 6 manatdan formalaşan vəsait də son nəticədə vergiyə cəlb edilir. Beləliklə, vəkillik fəaliyyətindən əldə olunan vəsaitlərdən 35 faizindən artıq tutulmalar həyata keçirilir”.

"İslahat 100 minlərlə insanın pensiya və sosial müdafiə hüquqlarını bərpa edəcək"

27 Noyabr 2018 14:07

"Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklər paketi özündə bir neçə məsələni əhatə edir. Vergi yükünün artırılması yolu ilə deyil, kölgədə fəaliyyət göstərənlərin vergitutmaya cəlb edilmə yolu ilə, vergitutma bazasının genişləndirilməsinin həyata keçirilməsini nəzərdə tutur". Bunu vergilər naziri Mikayıl Cabbarov Milli Məclisdə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı çıxış edərkən deyib.